Qafqazlı qardaşlar ilə görüş

Sacımın qəmli simlərində mənim,

Bakının başqa bir təranəsi var.

Sinəmin dar xərabəsində dərin

Bu cəvahirlərin xəzanəsi var.

Mən sizin şanlı qəhrəmanlarızı

Sözlərimdə həmişə yad edərəm.

Zülmə qarşı qılınc sözüm kəskin,

Qəhrəmanlar kimi cahad edərəm.

Sən kimi qardaş öz qarındaşını

Atmayıb, özgə kimsə tutmayacaq.

Qoca Təbriz də yüz min il keçsə

Bakı qardaşların unutmayacaq!

Gəlmişik doğma yurdumuz Bakıya,

Qoy bu, tarixdə iftixar olsun.

Şəhriyardan da bu üfqlərə

Bir sınıq nəğmə yadigar qalsın...

 

 

Oxşar şeirlər