Körpələri qoru, Tanrım.

Hər biri bir zümrüdinci,

Körpələri qoru, tanrım.

Ata-ananın sevinci,

Körpələri qoru, tanrım.  

 

Qönçə olan, ləçək olan,

Təzə açan çiçək olan,

Bir-birindən göyçək olan,

Körpələri qoru, tanrım.  

 

İnsanlığın barı onlar,

Göz yaşıtək duru, onlar,

Ömrümüzün nuru onlar,

Körpələri qoru, tanrım.

 

 

 

 

Oxşar şeirlər