Müstəqildir Azərbaycan.

Səma mənimAy mənimdir,

Dəniz mənim, çay mənimdir,

Qismət mənim , pay mənimdir,

Müstəqildir Azərbaycan. 

 

Sərhədlərim öz əlimdə,

Meşə, dərə, düz əlimdə.

Dil əlimdə, söz əlimdə,

Müstəqildir Azərbaycan.

 

Dağlardakı qar da mənim,

Bağlardakı bar da mənim,

Mülk də mənim, var da mənim,

Müstəqildir Azərbaycan.

 

Əkən özüm, biçən özüm,

Əyri, düzü seçən özüm.

Bulağımdan içən özüm,

Müstəqildir Azərbaycan.

 

Tarixlərdə iz qoyaram,

Kürsülərdə söz qoyaram,

Torpağına üz qoyaram,

Müstəqildir Azərbaycan.

 

Əsarəti qına, Vətən!

Çatdı o gün sona, Vətən...

Gözün aydın, ana Vətən!

Müstəqildir Azərbaycan.

 

 

Oxşar şeirlər