Cavid Sibirdən gəlir.

Əl vuranda od tutacaq torpağı,

İncik Cavid bu səfəri biləcək.

Şeirimizin bu saralmaz yarpağı,

Yene doğma Naxçıvana gələcək...

 

Bir nur idi, zülmət çökdü üstünə,

Nə müddətdi həmin nisgil silinmir.

Kim durmuşdu o vaxt onun qəsdinə?

Hara getdi,niyə getdi bilinmir....

 

Ehmal sökək məzarını sökəndə,

Diksinər o, daş sükutu çapmarıq.

Yüzillikdə üstünə gül tökəndə,

Sual verər,cavabını tapmarıq....

 

Məzarını Arazboyu döndərək,

Araz bəlkə, layla çalıb uyuda....

Hansı bağdan, hansı gülü göndərək?

Hansı sözlə qəzəbini soyudaq?

 

Duman olar uca dağın başında,

Cavid,elə uca dağın tayıdır.

Naxcıvandan getdi cavan yaşında,

Yüz yaşında Naxçıvana qayıdır....

 

Oxşar şeirlər