Mustafa Kamal Paşa .

El isindi özünlə,

Ocağınla, közünlə.

“Öncə Vətən” sözünlə

Adın çəkilir qoşa, 

Müstafa Kamal Paşa. 

 

Vətən ulu, sən ulu,

Ömrün mənayla dolu.

Yolun istiqlal yolu,

Girdin hərbə, savaşa...

Müstafa Kamal Paşa. 

 

Fəxr elədin dilinlə,

Vətəninlə, elinlə,

Türk bayrağı əlinlə,

Ucalıb qalxdı başa,

Müstafa Kamal Paşa. 

 

Əbədisən, dirisən,

Öləməzlərin birisən.

Türklərin and yerisən,

Köçdün neçə yaddaşa,

Müstafa Kamal Paşa.

 

Oxşar şeirlər