Xocalı haqqında düşüncələr.

Qüssədən ürəyim kərdi-kərdidir,

Göz yaşım üstündə duz bağlayıbdır.

Xocalı xalqımın elə dərdidir

Yayda da ərimr, buz bağlayıbdır. 

 

Ömrü bir gecədə sovan, bitirən,

Əbədi yandıran közdü Xocalı.

Kolları meyvə yox, cəsəd gətirən

Dərədi, təpədi, düzdü Xocalı. 

 

Qanda çalxalanan cəllad əlinin

İzinə tay olan izimiz yoxdur.

Xocalı kədərli qızın-gəlinin

Üzünə baxmağa üzümüz   yoxdur. 

            

Qız-gəlin isməti düzdə-dərədə,

Həyatdan qızaran dandı Xocalı.

Cəllad elə tonqal çatdı bərədə,

Qış günü od tutub yandı Xocalı 

 

Göylərin   qap-qara buludu, bu dərd,

Bu dərdin yarası qovuşan deyil.

O qədər ah-nalə doludur bur dərd

Heç yana heç zaman sovuşan deyil.

 

Oxşar şeirlər