Vaqif Səmədoğluna.

 

Mən söz sərrafı ola bilmədim!!

Mən söz ovçusuyam!

Haqqa gedən

söz adlı yolun,

Çiynində heybəsi

Boş gedib-gələn ,

Bir yolçusuyam!

Bir bax!!

Sözləri necə yaralamışam!

Yaraladığım sözləri,

Yan-yana necə sıralamışam!

Biri qan ağlayir,

Biri boğulur öz içində.

Biri gündə yüz dəfə ölür,

Biri gündə yüz dəfə doğulur,,

Ayrı rəngdə,

Ayrı biçimdə!

Heç ayaqqabılar da,

Ayağıma olmadı!

Sən hansı zamanın

Ayaqqabılarını

Qoydurmusan məzarının üstünə?!

Neyləyək..

Qoy o ayaqqabılar

Başqa birinə gərək olsun,şair!

Oyanma,ört üstünə

mələklərin qanadların,

üşüyərsən,

Havalar yaman soyuqdu,

Yuxuların mübarək olsun, şair!

Oxşar şeirlər