Adın gələndə.

Hər gələn varlığın,bir yoxluğu var.

Qəlbimdə gümanın boş çoxluğu var.

Canımda Sibirin soyuqluğu var,

Yaman üşüyürəm, adın gələndə.


Qaytara bilmədi, “dön” səsim,səni.

Cəlb edə bilmədi həvəsim,səni.

İsidə bilmədi nəfəsim, səni,

Yaman üşüyürəm, adın gələndə.


Düşmən hiyləsinə aldandı başın.

Atmadın əlindən inadın daşın.

Dəyişdin yerini baharla,qışın,

Yaman üşüyürəm,adın gələndə.


Ünvansız hey əsən küləklər kimi,

Mənzili talanmış diləklər kimi,

Sahibsiz saralan çiçəklər kimi,

Yaman üşüyürəm, adın gələndə.


Sənə qucaq açmır odam,deyəcək.

Sən olan dünyaya yadam, deyəcək.

Bir gün də,sevdiyin adam deyəcək,

Yaman üşüyürəm, adın gələndə.

 

Oxşar şeirlər