Hələ lalələrdən doymamışam mən.
Hələ nərgizlərlə görüşüm qalır.
Əyilib içmədim , “durna gözün" dən,
Hələ Ağbulaqla , “öpüşüm" qalır.
Hələ yatmamışam laylalarında,
Hələ batmamışam dalğalarında,
Hələ itməmişəm göy sularında,
Xan Tərtər öyrədən vərdişim qalır.
Çiynimə tüfəngi taxa bilmədim.
“Ovçu boylanan" dan baxa bilmədim.
Keytinin başına qalxa bilmədim,
Buludun üstündə yerişim qalır.
Üfüqdən günəş tək saçacağam, mən !
Zirvədən qartal tək uçacağam, mən !
Sıldırım aşağı qaçacağam, mən !
Anamı qorxudan , “tərs işim" qalır.
Elşad dönük deyil, haqqa and içər,
Dəlidağdan ötrü canından keçər !
Gözlə, gələcəyəm, anam Kəlbəcər !
Gözlə, od-alovlu gəlişim qalır !