Vərqa və Gülşa - Tovhiddürür bu bir qəsidə

Afərin, ey maliki-mülki-cəhan, səd afərin,

Nəqşbəndi-kargahi-səfheyi-ruyi-zəmin.

Nuri-mir’atin əyan, keyfiyyəti-zatın nihan,

Şəfqinin kani səminü rifqinin qədri məhin,

Padişahi-mülki-həsti, alimi-aləm, mühit.

Hakimi-ruzi-cəza, ey davəri-dünyavü din,

Nəqmətin zindanidin bir guşədir veyli-cəhim,

Ne’mətin mehmanına bir xanədur xüldi-bərin.

Elminə hazir cəhanü helminə mənzur əman,

Hökmünə dünya müqəyyəd, ədlinə aləm rəhin.

Xəlqi-aləm acizindür mərifət əsvaqidə,

Cümlədür naçizü cinsi-mərifət dürri-səmin.

Oldu hüseyni-məhcəm üsyanə istiğfari-həsin.

Bürci-ümmidə kəməndi-rəfətin həblülmətin.

E’tirafi-əcz edəb qəddin xəm etmiş əqli-küll,

Məzreyi-irfanə yetdükdə olumuş xuşəçin.

Taci-qədr ilə yetürdi fəxr ilə Keyvanə sər,

Xaki-rahi-dövlətin hər firqə oldu sərnişin.

Macərayi-xəsmidin hifzin kimə oldu sipər,

Zəxmi-tiri-hadisati-dövridin olmuş əmin.

Cinnü insə hökmran oldu Süleymani-nəbi.

Olduğiçün ismi-pakın surəti-nəqşi-nigin.

Atəşi-şövqin salubdur sineyi-üşşaqə suz,

Vüslətin nuri bəidü firqətin nari qərin,

Pərtovi-hüsni-rüxün məşuqə arturmuş cəmal,

Atəşi-eşqin qılupdur aşiqi zarü həzin.

Qəmzənin cəlladi Vərqani qılıpdur müstəham,

Tələtin razi təni-Gülşani qılmış nazənin

Qeydi-hüsnün xatiri-Vərqani qılmuşdur əsir,

Xameyi-sün’ün rüxi-Gülşadə çəkmiş nəqşi-çin.

Kim ki, səndin döndərüb himmət verə hurayə dil,

Oldu ol bidərd xari-dideyi-eynülyəqin.

Cümlənin yadın sənin yadınlə qət etmiş Məsih,

Nəfs tüğyanındə hifzindür ona hisnü həsin.

Atəşi-təqsirinə saçsın zülali-miğfərət.

Aləmi-vizr ilə haşa kim ola zarü qəmin.

Ol ümidi-miğfərətdin neçəsi növmid olur,

Siğeyi-əstəğfirüllahdurur ona nəqşi-çin.

 

 

Oxşar şeirlər