Bilirəm ki, İsa dəmli böyük şair Nizami.

Bilirəm ki, İsa dəmli böyük şair Nizami,

Bu üslubda xətm elədi hər sözü, hər kəlamı.

Məsnəvidə o, misilsiz incəliklər yaratdı,

O ustadın məharəti məsnəvini ucaltdı.

O, təfəkkür meydanında at oynadan zamanda,

Fələk özü geri qaldı şairdən bu meydanda,

Onun təbi möcüzələr yaradarkən sahirtək,

İdrak onun qarşısında durdu təzim edərək.

Misilsizdi xəyalının yaratdığı hər əsər,

Allahın öz vergisiydi Nizamidə bu hünər.

Bu sənətdə bir söz varsa Nizamiyə məxsusdur,

Başqa sözlər əfsanədir, solğun, cansız, ruhsuzdur.

O şairin hər kəlamı bir hikmətdir, mətindir,

Ona qarşı dura bilib bir söz demək çətindir.

Cəsarətim çatmır durum Nizamiyə müqabil,

Buna görə ürək edir başqa yola təmayil.

 

Oxşar şeirlər