Fərhad və Şirin.

Bu eşqin sədası gəzdi hər eldə,

Dolaşdı əfsanə ağızda, dildə.

Macəra ölkəyə, elə yayıldı,

Eşidib qəflətdən Xosrov ayıldı.

Dedi: Peşən nədir? Vətənin hara?

Dedi: Bir aşiqəm, can qurban yara.

Dedi: Aşiqliyə sübutun varmı?

Dedi: Dərdsiz aşiq bunu duyarmı?

Dedi: Eşqə görə alçalar aşiq.

Dedi: Könül verib, dərd alar aşiq...

Elə ki, bu sözlər Fərhada çatdı,

Yaşamaq fikrini başından atdı.

Qəzəbdən başını çaxdı qayaya,

Qan kükrəyib axdı qayaya.

Bu arx süd arxına axdı, calandı.

Dağın ürəyində qan laxtalandı.

Heyhat, yar eşqindən ağlar ölürəm,

Qəlbimdə nisgillər, dağlar, ölürəm.

Deyirdim ölərəm öz qabağında,

O öldü, mən gəzim göz qabağında?

Oxşar şeirlər