Canım üzülür hicr ilə canan gərakdir,
Könlüm alışır dərd ilə dərman gərakdir.
Bu qəm gecəsi aşiqi-pərvanəyəm ancaq,
Başımda mənim şəmi şəbistan gərakdir.
Qəmzən xoş olur gönlümə, ey işvəli dilbər,
Ah, oxlanna bir neçə peykan gərakdir.
Eşqin gecə-gündüz məni yandırdı içərdən,
Eşq əhli, Nəvai yana pünhan gərakdir.