İnsanlar ölüb gedirlər bir-bir
Səndə bunları görürsən, Əli.
Sənə İlahidən bir göstərişdi
Bunu çox yaxşı bilirsən, Əli.
Yoxdur bir saata, günə etibar,
Əcəl bir gün yetib səni də tapar,
Dünyada nə gördün, nədi bildiyin,
Onu özünlə götürüb sən apar, Əli.
Bu günə güvənib olma arxayın,
Pis insandan, pis əməldən sən yayın,
Sözsüz öz cəzasın alacaq hər xain,
Ondan çox da narahat olma sən, Əli.
Demirəm yaşayıb xoşbəxt olmuşam,
Dərd-qəm içində çox boğulmuşam,
Pis vaxtda, pis anda doğulmuşam,
Bu qədər əzabın sənə bəs edər, Əli.