Qəribədir bu insanın qisməti
Biri şeşdi, biri beşdi, biri heç
Hamı gəlir bir-birinin üstünə
Biri gəldi, biri getdi, biri heç.
Günlər gəlib tez görüşüb ayrılır
Vaxt da ki bir ömürdən sayılır
Yatmış bəxtlər çox çətin ayılır
Biri gətir, biri götür, biri get.
Vaxt ötür, yaxınlaşır ay-aya
Hey ölçülür-biçilir say-saya
Rast gəlir hər zaman tay-taya
Biri bicdi, biri gicdi, biri heç.
Yaşamaq üçün gəlirik dünyaya
Vuruluruq bu yalançı dünyaya
Günlər gəlib ötüb gedir sürətlə
Biri görür, biri görmür, biri heç.