İlmə-ilmə qocalır.

İnsan gəlir yaşasın dünyada

Özü bilmir ilmə-ilmə qocalır.

Gözün açıb yumur dalbadal

Özü bilmir ilmə-ilmə qocalır.

Axşam olur, səhər gəlir üstünə

Gəlib hey calanır gün-günə

Başlayıb güclü olur ağrı-acılar

Özü bilmir ilmə-ilmə qocalır.

Çox fikri, çox da olur arzusu

Başa düşmür, olmur qorxusu

Heç düşünmür enişi-yoxuşu

Özü bilmir ilmə-ilmə qocalır.

Qaməti də düz dayanmır ǝyilir

Yerişi sağa-sola büdrəyib əyilir

İxtiyar əldən gedir, qoca deyilir

Özü bilmir ilmə-ilmə qocalır.

Bir anlığa özü bildiyini eləyir

Yaxşı olmasını istəyib diləyir

Axır ki, gəlib yetişir son günü

Özü bilmir ilmə-ilmə qocalır.

 

Oxşar şeirlər