Çox deyilib çox söylənib fikirlər
Deyirlər ki, dünya yalan dünyadı.
Mən də deyin söyləyim öz fikrimi
Hər bir işi yadda qalan dünyadı.
Nizamlayır hər bir axşam-səhəri,
Kiminə verir şərbəti, kiminə zəhəri,
Kiminin qul kimi belinə basır yəhəri,
Kiminin altında at oynadan dünyadı.
Çox qəribədir saatı, dəqiqəsi, hər anı,
Bəzən də elə yerdə xırxalayır insanı,
Ya ölsün qalsın tez də qutarsın canı,
Hər bir an öz heyifin alan dünyadı.
Hər kəsə öz bildiyini imkan verib etdirir
Üstün vurmur çox yüksəkdən getdirir
Yüksəlib çox qudurub həddini aşanda
İpini çəkdirib başını yolduran dünyadı.
Yaşayıb çox olmuşdu mənəmlər, ərənlər,
Kasıbı, zəifi döyüb quru yuyub sərənlər,
Yaxşı bilir dünyanın tərs üzünü görənlər,
Çox azını verib çoxunu alan dünyadı.