Söz deməyə ehtiyacın var.

Məgər görmürsüz mən qocalmışam

Mənim sizə bir çox ehtiyacım var.

Mən küçədə gedirəm əsə-əsə

Qolumdan tutmağa ehtiyacım var.

Sizsiz mənim gözlərimin görən nuru,

İtirirəm deyəsən dǝrrakəni, ağlı, şüuru,

Oğlum, qızım, mənim gözəl nəvələrim

Sizi hər an görməyə ehtiyacım var.

Həyat davam edir amma bir az laxlayır,

Bunlara olan həvəs, maraq məni saxlayır,

Tək deyiləm, arvad-uşaq məni yoxlayır,

Mənim bunlara çox böyük ehtiyacım var.

Bunlarsız həyat olur tamam qaranlıq,

Ağlı olan aciz insan, düşün bir anlıq,

Əldən çıxıb gedir qoçaqlıq, cavanlıq,

Sənin də köməyə hər an ehtiyacın var.

Bunlarsız boş həyat mənə nə gərəkdir,

Bunlar olmasa dərdimi kim biləcəkdir,

Təbiidir yaranmış hamısı öləcəkdir,

Həmin anda söz deməyə ehtiyacım var.

 

 

 

 

 

9. Çoxunu alan dünyadır

 

Çox deyilib çox söylənib fikirlər

Deyirlər ki, dünya yalan dünyadı.

Mən də deyin söyləyim öz fikrimi

Hər bir işi yadda qalan dünyadı.

Nizamlayır hər bir axşam-səhəri,

Kiminə verir şərbəti, kiminə zəhəri,

Kiminin qul kimi belinə basır yəhəri,

Kiminin altında at oynadan dünyadı.

Çox qəribədir saatı, dəqiqəsi, hər anı,

Bəzən də elə yerdə xırxalayır insanı,

Ya ölsün qalsın tez də qutarsın canı,

Hər bir an öz heyifin alan dünyadı.

Hər kəsə öz bildiyini imkan verib etdirir

Üstün vurmur çox yüksəkdən getdirir

Yüksəlib çox qudurub həddini aşanda

İpini çəkdirib başını yolduran dünyadı.

 

Yaşayıb çox olmuşdu mənəmlər, ərənlər,

Kasıbı, zəifi döyüb quru yuyub sərənlər,

Yaxşı bilir dünyanın tərs üzünü görənlər,

Çox azını verib çoxunu alan dünyadı.

 

Oxşar şeirlər