Gǝl Günǝşim.

Qaranlıqda günəş çıxdı,

Qaranlığı tamam sıxdı,

Gözləyirdik sən gələsən,

Sən hardasan, gəl Günəşim.

Son qoy çiskinə, dumanlığa,

Xoşbəxtlik ver hər anlığa,

Qoyma bizi kədər bassın,

Sən hardasan, gəl Günəşim.

Səni gözləyirdik həsrətlə,

Bizə yaxın ol sən cürətlə,

Xoş amalla, xoş niyyətlə,

Sən hardasan, gəl Günəşim.

Bizə daima gülsün üzün,

Təmiz siman, təmiz üzün,

Sənə deyim sözün düzün,

Sən hardasan, gəl Günəşim.

Sənsən dünyaya işıq saçan,

Heç olubmu səndən qaçan,

Ürək oxşayan, könül açan,

Sən hardasan, gəl Günəşim.

Oxşar şeirlər