Günləri ötürüb gedirsən axşam-səhər
Əzəldən yaranmısan sən belə, dünya.
Ötən günlərdəki elə ömürdən gedir
Gǝl onları da vermə sən yelə, dünya.
Sənin qoynunda biz doğulmuşuq
Canlıya ad qoyulub insan olmuşuq
Yarananın içində olan bizik ağıllı
Bizə rəhmini hər an sən yetir, dünya.
Bizim də içimizdə çoxdur fərqimiz
Çox mürəkkəbdi, çoxdu dərdimiz
Kimimiz insan olduq, kimimiz başqa
Kimin necə olduğunu tez görür dünya.
Biz də yaşadıq bir xeyli alışdıq sənə
Kimimiz ağa olduq, kimimiz də kölə
Kimi səndə çox yaşaya, kimi az qala
Hamıya xoşbəxtlik sən yetir, dünya.
Hamı xoşbəxt ola, yerinə yetə arzularımız,
Olmaya heç bir dərd-sǝr, ağrı-acılarımız,
Ömür bizə ləzzət verə, ola baş tacımız,
Görək ki ləzzətdi, tamam kefdi bu dünya.