Ay Laçınım, bəlkə bizdən küsmüsən
Bir söz deyim sən də bizdən incimə.
Sənin qızıldır torpağın da, suyun da
Ona görə tez-tez düşmən gəlir üstünə.
Müvəqqəti olsa da bir az aciz qalırıq,
Məcbur olub müvǝqqǝti köçkün oluruq,
Bizi də çox incitdi bu ayrılıq
Səndən ayrı biz də düşdük pis günə.
Səni qorumağa çox da aciz deyildik
Vardır yenilməz, çox güclü ordumuz
Birləşdilər bic, bǝzzad, hiyləgər tülkülər
Birləşib töküldülər Laçınımın üstünə.
Taladılar onun yeraltı, yerüstü sərvətin,
Haramları olsun heylə alçaq millətin,
Sözsüz çəkəcəklər bir gün onun zillətin,
Qısa vaxtda görəcəklər Laçınımın cürətin.
Vətənimdə var çoxdu igid, mərd oğullar,
Düşməni boğazlayıb yerindəcə boğurlar,
Analarımız vətənə mərd oğullar doğurlar,
Onlar Laçınımın qisasını mərdliklə alırlar.