Gəl biganəlik eyləmə könlüm
Bir gün də divanə sən olacaqsan.
Çox sürətlə ötüb gedən günlərin
Bir gün də yolçusu sən olacaqsan.
Zaman hərəkətdədir dayanmır
Bir gün də gedəni sən olacaqsan.
Sən həyatın qəribə sirrinə inan
Həyatdan silinən sən olacaqsan.
Kimlər qalmışdır ki, fani dünyada
Bir gün də köçəni sən olacaqsan.
Əgər çox olmuşdursa yaxşı əməlin
Yaddaşlarda qalanı sən olacaqsan.
Artıq bərkdi Laçınım, bərkdi Şuşam
Çox qədimlərdən düşmənə sinə gəriblər
Çox mərddi Laçınım, çox mərddi Şuşam.
Bir-birinə möhkəm arxa-dayaq olublar
Çox mərddi Laçınım, çox mərddi Şuşam.
Gördülər bir çox yaramaz düşmənləri,
Bir yumruğa döndü onların mərd əlləri,
İki yurdun igid məğlubedilməz ərənləri,
Çox mərddi Laçınım, çox mərddi Şuşam.
Hücum edib neçə dəfə çox xanlıqlar
Görübdü onlardan çox ağrılar, acılar
Çox döyüşlərə meydan olub Cıdır düzü
Çox mərddi Laçınım, çox mərddi Şuşam.
Necə dəfələrlə qan ağlayıb Xarı bülbül
Unut olanları sən ağrıma barı bülbül
İnanın artıq düşmənlərin sonu yetdi
Artıq bərkdi Laçınım, bərkdi Şuşam.
Artıq canı çıxdi, beli sındı düşmənin
Sonu çatdı çox hiylənin, çox yalanın
Kökü kəsilsin bir də bizə düşmən olanın
Artıq bərkdi Laçınım, bərkdi Şuşam.
Əziz xalqım, mənim ordum, ayıq dayanın
Düşmən bir daha edə bilməsin o qələti
Bir daha baş qaldırsa kəsiləcəkdi kökü
Artıq bərkdi Laçınım, bərkdi Şuşam.