Keçən günlər.

Xatırlanır bir xəyal kimi

Ötüb gedir keçən günlər

Keçdikcə bir iz də qoyur

Ötüb gedir keçən günlər

Bəzən olur şirin, acı,

Hər dərdin var bir əlacı

Gah razı, gah da narazı

Ötüb gedir keçən günlər.

Bu günü var, dünəni yox,

Gedib geri dönəni yox,

Heç qǝdrini biləni yox,

Ötüb gedir keçən günlər

Ötüb gedir görən hara,

Gah ağ olur, gah da qara,

İmkan olmur saxlamağa

Ötüb gedir keçən günlər.

Oxşar şeirlər