Qardaşdı Azərbaycan-Türkiyə.

Ey Yaradan, səni mən inkar etmirəm,

Heç Sənin əleyhinə də getmirəm,

Nǝyǝ və kimə lazım idi bu ağır zəlzələ

Axı burda tamam günahsızdı Türkiyə.

Yaman çox idi Yer üzərində yaramaz

Onların çoxu səni tamam inkar edirdi

Azğınlaşıb çox Allahsızlıq edirdi

Sənə yaxın çox sevən millət idi Türkiyə.

Ötüb getmişdi gör neçə illər, əsrlər

Mən İslamı sevdim, çox bəyəndim

Sən Özün də söyləmişdin, demişdin

İslama, müsəlmana qardaş idi Türkiyə.

İndi biz axı necə dözək bu ah-naləyə

Zülm çəkir, zillət çəkir yazıq körpələr

Bəlkə böyüklərin olmuşdu bir günahı

Bunu necə çəksin necə etsin Türkiyə.

Sən Özün günahkarı çox yaxşı bilənsən,

Hər bir kəsin düzgün cəzasını verənsən,

Allahsızları Sən Özün görənsən,

Səni çox sevib yaxın olandır Türkiyə.

Bilmirəm kimə tutmuşdu Sənin qəzəbin,

 

Bunu anlayıb bilmək olmur, çox çətin,

Yer üzərində yaratdığın bütün millətin,

Ən dəyərlisidir, ən qiymətlisidir Türkiyə.

Allahım, özün ver orda xəstələrin şəfasın

Ölənlərinə elə qəni-qəni dərin rəhmət

Allahım bir daha belə zülm göstərmə

Heç zaman zülümə layiq deyil Türkiyə.

Bu millətə heç də yaraşmır ağlamaq

Mərddir, Sənin verdiyin zülmə dözəcək

Onu lağa qoyan millətin və dövlətin

Gülüşünə indi necə dözsün Türkiyə.

Allahım, düşmənləri bizə güldürmə,

Özün bilənsən, günahsızı öldürmə,

Bir qardaşı iki yerə ayırıb böldürmə,

Doğma qardaşdı Azərbaycan-Türkiyə.

Oxşar şeirlər