Gedəcəyik Laçına.

Ay gözlərim, insaf eylə tutulma,

Baxmaq üçün gedəcəyik Laçına.

Ora gözəl bər-bəzək də vururlar,

Görmək üçün gedəcəyik Laçına.

 

Sağ olsun bizim igid ordumuz,

Qaytarıldı doğma yurdumuz,

Bizim məğrur gözəl xalqımız

Xoşbəxtdir, gedəcəyik Laçına.

O yerlərin təmiz havasını almağa,

O yerlərdə yaşayıb, əbədi qalmağa,

Yaratmağa, ucaltmağa, qurmağa,

Gedəcəyik, gedəcəyik Laçına.

Oxşar şeirlər