Nədir sənin başından keçən bu qovğa, türküm?!
Bilməyənlər də bilsin, sən mənim şanlı irqim!
Neçə-neçə boyların nədən didərgin, sürgün?
Çünki tarix yazmısan, tarixindən qorxdular,
Sənin böyüklüyünə kin, həsədlə baxdılar.
Atilladan, Metedən gəlmə şöhrətin vardır,
Kimsənin yenmədiyi böyük qüdrətin vardır,
Tarixdə neçə-neçə böyük dövlətin vardır,
Yenidən oyanaraq, qalxmağından qorxdular.
Sənin böyüklüyünə kin, həsədlə baxdılar.
Sən qüdrətin özüsən, insanlığın sözüsən,
Müsəlman dünyasının vuran qolu, gücüsən,
Allahım, özün qoru türk soyunu, bizi sən,
Yox etmək istədilər, varlığından qorxdular,
Sənin böyüklüyünə kin, həsədlə baxdılar.
Mafilə bir türk qızı, Allah öyübdür bizi,
Türkün qoca tarixdə aydın görünür izi,
Yenə dünya görəcək türkün gücünü, bizi,
Sən şanslı bir bəşərsən, soy-kökündən qorxdular,
Sənin böyüklüyünə kin, həsədlə baxdılar.