Bitərmi ülvi sevgi?

Göylər yerə enəndə,

Bitəcək ülvi sevgi.

Ney qamışa dönəndə,

Bitəcək ülvi sevgi.

 

Çiçək torpaq olanda,

İnsan gültək solanda,

Dünya bomboş qalanda,

Bitəcək ülvi sevgi.

 

Şeir, nəğmə bitəndə,

Qələm düşüb itəndə,

Ruhsuz qalan bədəndə,

Bitəcək ülvi sevgi.

 

Göydən nur tək gəlibsə,

Sevən qəlbə enibsə,

Böyük eşqə dönübsə,

Bitərmi ülvi sevgi?!

Oxşar şeirlər