Neçə dəfə keçdim səndən,
Tanış küçə.
Nədən heç izim qalmadı?
Gah külək qovub sovurdu,
Gah yağış yuyub apardı.
Mənsə səni çox sevmişdim.
Xatirələr ürəyimdə,
Səndən neçə yol keçmişdim.
İtirdiyim günlərimi arayırdı
Səndə gözüm.
Sənin kimi tapdaqaltı olmuş daha
Məndə dözüm.
Nə qədər dözüm diləyim
Mən Tanrıdan?
De, necə qəlbi qurtarım
Bu ağrıdan?
Axı qəlbim də yorulub,
Ruhum da daha darılıb.
Daha o da sığmaz olub
Bədənimə.
Bu gün yolum səndən düşdü,
Yenə küçə.
Eləcə həmin küçəsən,
Tanış küçə,
Qədim küçə.
Barı bu kəs könlümü al.
Özqmdən ayrı düşmüşəm.
De, özümü tapım necə?
Bəlkə dolanbac yolunda
Azıb küçə?