Türkün səsiyəm.

“Bir millət, iki dövlət” boşuna deyilməmiş,

Türklər məni bir övlad, bir doğma qızı bilmiş,

Könlüm sevincdən coşdu, bu nə sevgi, nə hissmiş?!

Çox qürurluyam dostlar, mən də bir türk qızıyam,

Düşüncəmlə, fikrimlə türk ruhunun səsiyəm.

 

İstər İstanbul olsun, istərsə də Trakya,

İstər Təbrizi gəzim, istər dönüm Bakıya,

Ya qədim Səmərqəndim, fərqi yox, ya da Konya,

Varlığı qürur verir, mən də bir türk qızıyam,

Düşüncəmlə, fikrimlə türk ruhunun səsiyəm.

 

Yörük çadırı gördüm, necə qədim, möhtəşəm,

Səslənən şarkılara, çalınan saza bax sən,

Halay çəkən qızları, oğlanları bir görsən

Damarda qanım coşdu, mən də bir türk qızıyam,

Düşüncəmlə, fikrimlə türk ruhunun səsiyəm.

 

İnsanları mehriban, canıma bir can qatdı,

Mənim narahat ruhum sanki rahatlıq tapdı,

Dualarım yəqin ki, Yaradanıma çatdı,

Türklüyə şan dilədim, mən də bir türk qızıyam,

Düşüncəmlə, fikrimlə türk ruhunun səsiyəm.

 

Mafilə, al qələmi, yaz-yarat türk sözüylə,

Ruhun təmiz türk ruhu, bax sən türkün gözüylə,

Heç vaxt yolunu azma, yürü türkün iziylə,

Bu yolun sonu Turan, sən də bir türk qızısan,

Düşüncənlə, fikrinlə türk ruhunun özüsən.

 


 

 

Oxşar şeirlər