Bu evin.

Ağlayır divarı, daşı

Döşəmə, tavan ağlayır.

Quruyub gözünün yaşı,

Bu ev nə yavan ağlayır?!

 

Daha közərmir ocağı,

Qaynamır qazanı daha.

Qopub torpaqdan ayağı,

Bu ev sağ çıxmaz sabaha!

 

Ürəyi   üzülüb  gedir

Pəncərə- qapı   ağlayır.

Ətəyi,   çözülüb  gedir

 İynəsi,   sapı   ağlayır!

 

 Niyə  əyilib   dirəyi,

 Nə vaxt bitəcək, niyəsi?!

 Yerə dəyəcək kürəyi,

 Hanı,   bu evin yiyəsi?!

 

  Axtarın, tapın olası

  Deyin ki, yurdun dağılır!

  Deyin ki, zalım balası

  Zülümlə qurdun, dağılır!

Oxşar şeirlər