Şəhid köynəyi.

Öpün üstündəki qan ləkəsindən,

 O, qan yaddaşıma şahid köynəyin.

 Asın ata yurdun ən təpəsindən

 Asın, bayraqla tən, şəhid köynəyin!

 

 O, adi deyil ki... O,  adi deyil,

 Onda şəhidimin ahı, göynəyi. 

 Əyil, qarşısında səcdəyə əyil

 O, ulu bir xalqın şərəf  köynəyi!

 

 O, köynək torpaqdı, vətəndi axı,

 O, köynək alınmaz qalamdı, dostum.

 O, köynək mın candı, bədəndi axı,

 O, köynək balandı, balamdı, dostum.

 

  O, bir talismandı, yada göz dağı

  Keçirin altından  bu gün, Vətəni.

  Görsəniz üşüyür daşı, torpağı

  Şəhid  köynəyinə bükün, Vətəni!

 

Oxşar şeirlər