Vətən.

...Səni çeynədilər, səni diddilər

Niyə dönmədilər daşına, Vətən!

Çiçək əvəzinə, gül əvəzinə 

Elə daş atdılar başına, Vətən!

 

...Fitnədən, hiylədən, kələkdən keçdin 

Döndü cəhənnəmə cənnət qucağın. 

Ələndin min kərə, ələkdən keçdin 

Yenə də sönmədi odun, ocağın!

 

 ...Səndən inciməyə, səndən küsməyə, 

 Səni sevməməyə - nə həddim, axı?!

 Min ildi, hələ də qaysaq tutmayan 

 Qan sızan yaramdı sərhədin, axı!

 

 ...Sən elə əzizsən, elə gözəlsən

 Qoymuşam hər şeydən ən başa, Vətən!

 Sənə fəda olsun min könül, min can-

 Olsun ki, sən var ol,  sən yaşa - Vətən!

 

Oxşar şeirlər