Yaşadım.

Mən bu ömrün sinəsinə dağ çəkdim,

Hərdən sıxıb lap suyunu çıxardım.

Yeri gəldi, turp da əkdim başında

Min hoqqanı, min oyunu çıxardım.

 

Ha istədi, yerə qoysun şələsin

Qamçıladım, döyə - döyə yaşadım.

“Topa tutdum”...beləsinin beləsin

 Axşam, sabah söyə - söyə yaşadım.

 

 Oda vurdum, közə vurdum - olmadı,

 Ulduzumuz barışmadı - nə deyim?!

 İnad etdim, üzə durdum - olmadı

 Bircə dəfə umduğuna, hə  deyim! 

 

 Aman Tanrım yazıq oldu bu ömür...

 Bir son bahar yeli kimi yaşadım.

 Bəlkə, kimsə yaşayardı başqa cür

 Mən havalı, dəli kimi yaşadım!

 

 

 

Oxşar şeirlər