Asılıb.

...Adamlar ayaqlarından, 

Ağaclar kökündən asılıb. 

Dənizlər dibindən, 

Dağlar təkindən asılıb. 

 

 Bura bir edam meydanı.

 Kimi cəfasından, kimi səfasından...

 Asılıb...Asılıb...Asılıb -

 Böcəklər... Quşlar... yuvasından.

 

 Doğulanlar beşiklərindən,

 Ölənlər gorundan asılıb.

 Hamı, hər şey -

 Bir Tanrı torundan asılıb.

 

  ...Toxun bacarırsan, toxun...

  Odur, hər tərəf  Göy üzü. 

  Göy üzündən asılıb - 

  Mın illərdi - bax, Yer özü!

Oxşar şeirlər