Unut demişdin.

Keçib bu həsrətin dumanlığından,

Bir axşam üz tutub səsinə gəldim.

İndi...

İndi, gəl soruşaq xatirələrdən,

Unut demədinmi?... Mən də “unutdum...”

 

Onsuz da nə desən, quruca sözdü,

Ürəyim “daş” imiş, nələrə dözdü?!.. 

Görən... Ilahi,

Görən,  bəxtimizi kim belə  yazdı?

Sən unut demişdin... mən də “unutdum...”

 

Bu Yerdən bir yana sən getmədin ki,

Qəlbini qəlbimə tən etmədin ki,

Mən səni...  

Mən səni unutmaq istəmədim ki,

Sən unut demişdin... mən də unutdum...

 

Daha ürəyimdə ürək deyilsən,

Ömrümə, günümə bəzək deyilsən,

Hicransan...   

Hicransan, həsrətsən,  mələk deyilsən

Sən unut   demişdin... mən də unutdum...

 

Kim deyir şairəm?...Yox, “kəm”  yazıram... 

Hərdən yazıram...

Nə yazsam   sevgidən, qəmdən yazıram.

Hər axşam...

Hər axşam yenə də Səndən yazıram...

Sən unut demişdin, mən də “unutdum...”

Sən unut demişdin, mən də “unutdum...”

 

Oxşar şeirlər