Demə hər şey bir nagılmış.
Biri vardı, biri yox.
Səndən başqa, ürəyimdə,
Hec kimə yer yoxdu, yox.
Yenə hicran, axşam - səhər,
Günlər bir - birindən betər.
Getdin, səndən nə bir xəbər,
Nə bir ötər yoxdu, yox.
Bir zülmət tək sökülür dan,
Gün bitir yarı olmadan.
Nagıldakı almalardan,
Mənə düşəni yoxdu, yox.
Hər şeydə kölgə var, kölgə,
Ölərəm mən - sevgim ölsə.
Bu gün toyundu bəlkə də
Mənim xəbərim yoxdu, yox...
Demə hər şey bir nagılmış,
Biri vardı, biri yox.
Səndən başqa, ürəyimdə,
Hec kimə yer yoxdu, yox.