Bacarırsan, döz!..

Düz yolu getməyə axı, nə var ki?! 

Hünərin var əyri yolda düz yeri... 

Hər yoxuşun sonunda bir eniş var,

Bacarırsan o “enişə” döz, yeri...

 

Gözəl olar sadiq qalsan hər anda, 

Əcəl gəlməz, öz oduna yananda...

Dalaşsan da, vuruşsan da son anda, 

Barışmağa daim saxla üz yeri...

 

Hər yetənə açıq olsa qapımız,

Əsər rüzgar, tökülər yarpağımız.

Viran olar -   xar olar torpağımız,

Nəsillərə saxlamasaq köz yeri...

 

Xalqımızın hər yerdə ad - sanı var,

Qismətində BÖYÜK ZƏFƏR anı var...

Boynumuzda ŞƏHİDLƏRİN qanı var,

Ana yurdum, bu haraya döz, yeri!!!

Şanlı Ordum, haydı, haydı irəli!!!

 

Düz yolu getməyə axı, nə var ki?! 

Hünərin var əyri yolda düz yeri... 

Hər yoxuşun sonunda bir eniş var,

Bacarırsan o “enişə” döz, yeri...

Bacarırsan o “enişə” döz, yeri...

 

Oxşar şeirlər