Neçə ildir XOCALIDA
Anaların layla səsi kəsilibdir.
Əvəzində nalə səsi,
Daşa dönmüş məzarların titrəməsi, vahiməsi
Ürəkləri parçalayır...
Söylə görüm, sən ey Vətən,
Söylə nədə günahın var?
Bəlkə yurda həsrət çəkən
Günahındır XOCALILAR?
Hara gedir bu qocalar,
Hara gedir bu cavanlar?
Ürəklərdə qəm yükünü çəkə-çəkə,
Ahlarını bu torpağa əkə-əkə,
Hara gedir XOCALILAR?
Bu dünyadan, o dünyaya
Nakam ömür karvanında
Lağım atır XOCALILAR...
İllik köçür XOCALILAR,
Ellik köçür XOCALILAR...
Zaman-zaman XOCALIDAN,
Uzaqlaşır XOCALILAR....
Baş açmadıq bu haraydan, bu həşirdən!
Baş açmadı laylası da ömrü kimi
Yarı qalan körpələr də bax, bu sirrdən...
Nə biləydi bu körpələr,
Ana layla əvəzinə
Ağı deyər, ağı çalar?!
Ömrün bahar çağlarında
Başsız qalar, yetim qalar...
Qisas günü, sən hardasan?
Duyuram ki, qəlblərdəsən!
Vətənimin hər yerində,
Anaların laylasında səslənirsən!
Şəhid olmuş igidlərin,
Nakam getmiş ərənlərin
Ruhlarında yaşayırsan!
Sanma təksən!
İrəlidə polad qollu Milli Ordum
Döyüşlərə atılacaq!
Dayaq kimi kürəyinə söykənəcək
Doğma yurdum AZƏRBAYCAN!
Hamı bilsin, Qarabağım layla üçün darıxıbdır,
Düşmənimin halı yoxdur, karıxıbdır,
Qalx ayağa ANA TORPAQ!
Vətənimin dağ qürurlu oğulları,
Şəhidlərin ölməz ruhu səslər bizi!!!....
Eşit sən də, ey YARADAN!
Gün gələcək zəfər çalmaq eşqi ilə
Son döyüşə atılacaq AZƏRBAYCAN!!!
Son döyüşə atılacaq AZƏRBAYCAN!!!