Saçları ağarmış qızı görəndə.

Qara saç içində ağ izi gördüm, 

Açılmamış qalan cehizi gördüm,

“Bəxt üzüyü” itən bir qızı  gördüm, 

Saçları ağarmış qızı görəndə.

 

Keçdi qabağımdan gəlin kölgəsi, 

Əlində güzgüsü, yaşlı yengəsi.

Gəldi qulağıma “vağzalı” səsi,

Saçları ağarmış qızı görəndə.

 

Üzündə təlaş var, təklik qorxusu, 

Göylərə çəkilib, ərşə yuxusu,

Ürəyimdən keçdi, pisdir qonşusu,

Saçları ağarmış qızı görəndə.

 

Arzular, diləklər çin olar bu gün, 

Sənə qismət olar o toy, o düyün, 

Tutarsan əlindən sevdiyin bəyin, 

Baxıb xoşbəxt olsun, deyərdim mən də,

Saçları ağarmış qızı görəndə.

 

 

Oxşar şeirlər