Sözümdən soldun gülüm.

Sənin pıçıltıların,

Hələ qulaqlarımda.

Görüşmək ümidlərim, 

Ölüb dodaqlarımda.

 

Həsrət dolu sətirlər, 

Ağ vərəqdə qaralır. 

Ömürdən gedir illər, 

Ümidlərim saralır.

 

Ruhum kəfən köynəyin, 

Geyindi getdi ölüm. 

Sənə gülümsən dedim, 

Sözümdən soldun, gülüm.

 

Sənsizliyin rəngi də, 

Günüm kimi qaradır. 

Bu ünvan bizim ünvan,
 Söylə bura haradır?

 

Bu məzar ikimizin, 

Sən məzar, mən baş daşı.

Ayrılıq yox, ölüm yox, 

Hardan axır göz yaşı?

 

 

 

 

 

 

 

 

 

Oxşar şeirlər