Bahar çiçəyim.

Bir çiçək tapmışam... ləçəkləri tər...

Bilmirəm, mən onu üzüm, üzməyim?

Gəlsən ömrüm-günüm, mən bircə-bircə

Onu tellərinə düzüm, düzməyim?

 

Zərifdən zərifsən, incədən incə, 

Sevdim, görmədim ki, səni doyunca.

Xəyalın yuxu tək sovuşacaqsa, 

Mən onu xeyirə yozum, yozmayım?

 

Getmisən, qoymusan məni mənimlə, 

Hər gələn səhəri açdım qəmimlə...

Ən gözəl hisslərim getdi Səninlə,

Bəs necə şeirlər yazım, yazmayım?

 

Daha sənsiz olmur, qışdı, ayazdı,

Bəlkə də bu sevda qayıdacaqdı...

Görən kim apardı, görən kim tapdı?

Mən səni hayanda gəzim, gəzməyim?

 

Qaldı könlümüzdə bu eşqin izi,

Beləcə itirdik bir-birimizi...

Küləklər sovurdu güllərimizi,
 İndi bu çiçəyi üzüm, üzməyim?

Onu saçlarına düzüm, düzməyim?

 

Oxşar şeirlər