Mən türkəm deyə-deyə sinəsinə döyənlər,
Rus da, fars da düşməndi, düşmənə dost deyənlər.
Ölkədən qaçdı getdi xalqın malın yeyənlər,
Ən çətin gündə sənin arxanda türk dayandı.
Hərb meydanında yeni ilkə imza atdılar,
Böyük Türk dünyasında bir birlik yaratdılar.
Canlarını, qanların qanımıza qatdılar,
Turan torpaqlarında milli birlik oyandı.
Damardan axan qanın təmiz qan olsun gərək,
Haqqı dəstəkləməyə vicdanın olsun gərək.
Dinimiz amalımız birdir, bir olsun məslək,
Bayraqların boyağı bu qan elə o qandı.
Dünyaya tanıdacaq öz haqqın qardaş gücü,
Çoxlarıçun bu birlik olacaqdır üzücü.
İşğalçılar, baxmayın siz bizlərə gözucu,
Azərbaycan bu yandı, Azərbaycan o yandı.
İşğala imza atdın sülhlə gir öz qınına,
Mən türkəm, susamuşam işğalçının qanına.
Birləşəcək bu millət qorxu düşüb canına,
Yanıb kül olacaqsan, yatmış vulkan oyandı.