Azadlıq.

Sən hürrüyyətdən doğuldun,

Qan tökülən meydan oldun.

Kimin üzünə ağ oldun?

Küçədən asıldı adın.

 

Azadlıq

Əlimdən alınan sərvət,

Dadın bilmədiyim nemət.

Azad olmadı bu millət,

Küçədən asıldı adın.

 

Azadlıq

Öpdüm müstəqil üzündən,

Qorxdum sözümün düzündən.

Məni asdılar sözümdən,

Sən də küçələrdə qaldın.

 

Azadlıq

Meydan azad, küçə azad,

Sən haqqımdan qopan fəryad.

Sən mənimsən, sən mənə yad,

Mənim dilimdə yurd saldın.

 

Oxşar şeirlər