Sərhədləri aşır Turan.

 

Şimaldan əsir sərt külək,

Azərbaycan sərhəddinə.

İran mollası and içir,

Qareginlərin cəddinə.

 

Nə görünüb gözünüzə?

Nəyin dadın duymamısız?

Vətənimdə axan qanın,

Qoxusundan doymamısız?

 

Narahatdır İran yaman,

Gözləyirdi Mehdi Zaman.

Tərsə yazır əhdi zaman,

Sərhədləri aşır Turan.

 

Fransalarda, kilsələrdə,

Hayların himni oxunur.

Azərbaycanın zəfəri,

Yenə kimlərə toxunur.

 

Oxşar şeirlər