Azad Şuşam.

Üfüqünə qan qonub,

Dan sökülən səhərin.

Sevindirir sorağı,

Qələbənin, zəfərin.

Sancılır yaxasına,

Bayraqları şəhərin.

Sağ ol əsgərim, paşam,

Azaddır, azad Şuşam!

 

Yandırdı azadlığın,

Odu mənfur düşməni.

Azərbaycan əsgəri,

Dünya tanıdı səni.

Şəhidliyin nurunu,

İçdin qurtum-qurtum sən.

Qovuşdu azadlığa,

İşğal olunmuş Vətən.

Sağ ol əsgərim, paşam,

Azaddır, azad Şuşam!

Oxşar şeirlər