Nisgilin ürəynidən,
Apardı dərdi dilimiz;
Xəstənin, naəlacın,
Dərmanın verdi dilimiz;
Bir sözü yüz mənaldı,
Gör necə sirdi dilimiz;
Mətahını ucuz satma,
İncidi, dürdü dilimiz.
Məclis qurdum oba-oba,
Donluq verib donladılar;
Dolandım Bəsrə- Bağdadı,
Salam verdim, anladılar;
Gəzdim İran - Turanı,
"Qardaş" -deyib yanladılar;
Osmanlıda türkü dedim,
Gördülər birdi dilimiz.
Bənzədibdi Aşıq Alı,
Ləfzidə bülbülə onu;
Oxuyuban avaz ilə,
Tanıdar hər elə onu;
Toxunan olsa bəndinə,
Qərq eyləyər selə onu;
Daşanda görmə üzünü,
Arazdı, Kürdü dilimiz.