Axtarıb tapdı məni,
Bilmirəm hardan qocalıq;
Ağlımı başdan aldı,
Huşumu sərdən qocalıq;
İşimi əskik etdi,
Lap yerbəyerdən qocalıq;
Müxtəsər, qoydu məni,
Xeyirdən, şərdən qocalıq.
Dən düşdü saçlarıma,
Əzəl xəbərdar eylədi;
Hər tərəfi qırovladı,
Aləmə car eylədi;
Arvad baxıb bədənimə,
Yaman ah- zar eylədi;
Axırda ayrı saldı,
Yarı yavərdən qocalıq.
İstədim duram gedəm,
Qaranlıq çökdü gözümə;
Keçən günlər yada düşür,
Əlim vurram dizimə;
Oğul - uşaq qulluq etmir,
Baxan da yox sözümə;
Üzümü soyuq etdi,
Borandan, qardan qocalıq.
Fələk məni oda saldı,
İki idim, yek eylədi;
İstədim uzaq görəm,
Uzağı yaxın eylədi;
Ölüm yoxdu, keçdi tamam,
Doxsan idim, yüz eylədi;
Vurnuxuram yüzü keçəm,
Alıbdı candan qocalıq.
Mən neyləyim qocalığa?
Deyirlər, sərgini gözlə,
Quşu qoyma yarmarılığa;
Hər kəs gördü, götürmədi,
Döndüm əski yamanlığa;
Aləmdə puç eylədi,
Gözümü nurdan qocalıq.