Talayıb mahalın mal-dövlətini,
Əyrilər apardı, düzə nə qaldı?
Gəzdim oba-oba üsyan eylədim,
Kəsildi taqətim, dizə nə qaldı?
Nəhlət gəlsin pis adamın pirinə,
Cəhd eylər ki, xalqı sala dərinə.
Yetən söyər mərdiməzar goruna,
İrəhmət yaxşıya, pisə nə qaldı?
Pozmaq olmur, təqdir yazan yazını,
Alıyam, çəkirəm elin nazını.
Bilmirəm ömrümün çoxu-azını,
Doxsana yetməmiş, yüz yenə qaldı?