Atıblar bir küncə, pas tutubdu o,
Elə bil nəyəsə yas tutubdur o,
Nə götürəni var, nə işlədəni,
Sapındı ayırdı başı, bədəni.
Yoxsa o düşünür keçən illəri?
Düşünür etdiyi pis əməlləri?
O neçə pöhrəni kökündən vurub,
O neçə ağacın qəsdinə durub...
Amma bir sözünü mən gerçək bildim:
"Kəsdirən olmasa, kəsən deyildim.
Axı nə suçum var, nə də qurğum var,
Mənimlə qırmaq da, qurmaq da olar..."