Gərək insan olanın qeyrəti, həm qanı ola.

Gərək insan olanın qeyrəti, həm qanı ola,

Adil, insaflı və həm məzhəbü imanı ola.

 

Aqibət yoxdur olar fani cəlalü cəbərut,

Bir açıq süfrəsi, miskin doyuran nanı ola.

 

Gülüm, əhmər səni qoy eyləməsün məst, oyan,

Əhlivicdan olanun xeyratı, ehsanı ola.

 

Bükəcəkdür fələk axırda o ər`ər qədüvi,

Başun üstə oxunan ayeyiQur`anı ola.

 

Qəbrstan ola mənzil, oxunar ə`malı,

Sağlığında pis işi, ya ki, bəd ünvanı ola.

 

Mələkülmövt oturar sinəvün üstündə sənün,

Xeyr elə, Nadim, o dəm dərdüvə dərmanı ola.

Oxşar şeirlər